“Genesis” ilk krossoverini təqdim etdi - FOTO

Nəqliyyat xəbərləri 29 Yanvar 2020 | 12:35
OXUNUB: 912

Bir neçə ardıсıl tizerlərdən və casus şəkillərdən sonra, “Hyundai Motor” şirkətinin premium subbrendi “Genesis” ilk krossoveri GV80 modelini təqdim edib. Avtomobilin təqdimatı Cənubi Koreyada keçirilib. Avtosfer.az xəbər verir ki, “Genesis” şirkəti ilk konseptual krossoverini 2017-ci ildə göstərmişdi. Konseptin xüsusiyyətləri və dizaynı yeni modeldə əks etdirilib.

Yeniliyin qabaq hissəsi cəlbedici yüksək-texnoloji faralar, o cümlədən “Genesis” modellərinin üslubunda olan hava çıxıntıları və radiator barmaqlığı alıb. Lüks krossoverin şık görünüşünü 22-düymlük disklər tamamlayır. Avtomobilin kuzası istehsalında yüngül və dözümlü alüminiumdan istifadə edilib.

Güc aqreqatlarına gəldikdə isə, yeni “Genesis GV80” 3-litrlik V6 turbodizel mühərriki ilə təhciz edilib. Həmin mühərrik 274 at gücünə malikdir və 8-pilləli avtomat sürət qutusu ilə çalışacaq. Həmcinin avtomobil arxa və tam ötürücü sisteminə malikdir.

Nazim Nadiroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man