Kolumbiyanın mərkəzində avtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident Kalıdas departamentinin Salamina bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə yanvarın 26-da yerli “El Tiempo” qəzeti məlumat verib.
Nəşrin məlumatına görə, “Arauca” şirkətinə məxsus Aguadas - Manizales marşrutu ilə hərəkətdə olan sərnişin avtobus, naməluma səbəblərdən idarəetmədən çıxaraq 100 metr hündürlükdən uçuruma yuvarlanıb.
Nəticədə azı 4 nəfər ölüb, daha 15-i xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man