İranda "Caspian Airlines" aviaşirkətinə məxsus "Boing MD" tipli sərnişin təyyarəsi uçuş-eniş zolağından kənara çıxaraq qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident Mahşəhr aeroportunda baş verib. Bu barədə yanvarın 27-də “ISNA” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, texniki nasazlıq səbəbindən pilot laynerin idarəetməsini itirib və nəticədə hava gəmisi uçuş-eniş zolağından çıxıb. Hadisə zamanı xəsarət alan olmayıb. Təyyarə Tehran – Mahşəhr reysi həyata keçirib.
Bildirilir ki, göyərtədə 135 sərnişin olub.
Müvafiq qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man