Rusiyanın Voronej əyalətində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Riafan” agentliyinə istinadən xəbər verir ki, insident yanvarın 25-də axşam saatlarında M6 “Kaspi” federal trasının 608-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, “Qazel” markalı yük maşını, naməlum səbəblərdən idarəetmədən çıxaraq “Lada Priora” markalı minik avtomobilinə çırpılıb.
Nəticədə “Lada”da olan 4 nəfər hadisə yerində vəfat ediblər, yük maşınının 35 yaşlı sürücüsü isə xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man