Kolumbiyanın paytaxt Boqotada məktəbli avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 21-də səhər saatlarında San Kristobl rayonu ərazisində qeydə alınıb. Bu barədə “El Tiempo” nəşri məlumat verib.
Məlumata görə, sürücünün idarə etdiyi məktəbli avtobusu, hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı dirəyə çırpılıb.
Nəticədə azı 10 nəfər xəsarət alıb. Yaralılardan əksəriyyəti yetkinlik yaşına çatmayan uşaqlardır.
Onların hamısı yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man