Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var

Yol qəzaları 20 Yanvar 2020 | 11:05
OXUNUB: 789

Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA -ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.

Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 21099”un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, yeddi nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man