Yüksək sürət qəzaya səbəb oldu - VİDEO - FOTO

Yol qəzaları 20 Yanvar 2020 | 10:25
OXUNUB: 873

Yüksək sürətlə hərəkət edən “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Daewoo” markalı avtomobillə toqquşub.

Avtosfer.az Oxu.Az-a istinadən  xəbər verir ki, hadisə axşam saatlarında paytaxtın Nəsimi rayonu ərazisində Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində qeydə alınıb.

Nəsimi rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil qəza törədib.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində baş verib.

Rəşid Behbudov küçəsində yüksək sürətlə hərəkətdə olan "Chevrolet" markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi əvvəlcə "Daewoo" markalı avtomobilə, daha sonra işıq dirəyinə və səkidə olan yol ayırıcı dəmirlərə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə və yol infrastukturuna ciddi ziyan dəyib.

Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man