Rusiyanın Krasnodar əyalətində avtomobilin yaşayış evinə çırpılma görüntüləri bir nəqliyyat vasitəsinin registratoruna düşüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə yayımlanıb.
Kadrlarda, hərəkətdə olan “Niva” markalı minik avtomobilinin yol kəsişməsində düz irəlilədiyi və hasarı aşıraraq yaşayış evinin divarına çırpıldığı görülür.
Bildirilir ki, nəticədə sürücü bədəninin müxtəlif yerlərindən xəsarətlər alıb.
Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Aparılan araşdırma zamanı onun sərxoş olduğu müəyyən olunub.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man