Mingəçevir sakini 34 yaşlı avtomobilini hələ də saz vəziyyətdə saxlayır - VİDEO

Maraqlı 19 Yanvar 2020 | 01:00
OXUNUB: 4022

Təzə kimi görünsə də, 34 il öncə istehsal edilib... Söhbət "VAZ 21-013" markalı avtomobildən gedir. Mingəçevir sakini Bayram Bayramov 1986-cı ildə aldığı "VAZ 21-013" markalı avtomobili hər hansı detalını dəyişmədən, rəng vurdurmadan saxlayıb. Avtomobil sahibinin iddiasına görə, həmin rəngdə və modeldə maşını ölkəmizə ilk dəfə o gətirib.

Yağış və güclü Günəş görməyən avtomobilə maraq böyükdür. "VAZ 21-013" almaq həvəsində olanlar Bayram Bayramova yüksək məbləğ, hətta xarici avtomobil də təklif ediblər. Lakin o, nəqliyyat vasitəsini satmaq niyyətində olmadığını bildirib. Maşına maraq göstərənlər, hətta onu paytaxtdan Mingəçevirə gəlin gətirmək üçün də dəvət ediblər.

Bayram Bayramov 34 il öncə istehsal edilən avtomobilin belə vəziyyətdə qalmasını ona göstərilən qulluqla əlaqələndirir. O, maşını xususi örtükdə saxlayır. Yuyulan zaman isə güclü su şırnağından və hər hansı köpükdən istifadəyə icazə vermir.

Videomaterialı təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man