Xaçmaz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Alim Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Avtosfer.az “Report”-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərib.
Hakim Anar Sadıqovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib.
Minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarına çıxaraq aşıb. Nəticədə 4 nəfər - Siracov Ruslan Orucbala oğlu, Kərimova İlhamə Elşən qızı, Əsədullayev Eladi Şəbulla oğlu və Əmirbəyova Tamara Salman qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
A.Mahmudova Cinayət Məcəlləsinin 263-1.1-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man