Qarabağda açılan atəşin Nyu-Yorkda “eşidilən səsi” – Politoloqdan XİN rəhbərlərinin görüşünə münasibət

24 Sentyabr 2019 | 15:19
OXUNUB: 2617

 

"Nyu-Yorkda xarici işlər nazirləri arasında keçirilən görüşdə konfliktin həlli istiqamətində hər hansı irəliləyiş əldə olunmayıb. Bunun baş verəcəyini də gözləmirdim”.

 

Bu sözləri Sfera.az-a açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Nyu-York şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri -Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında keçirilən görüşlə bağlı fikirlərini bölüşərkən politoloq Məhəmməd Əsədullazadə deyib:

 

"Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirdikləri görüşdə demək olar ki, münaqişənin həlli istiqamətində hər hansı irəliləyiş əldə olunmayıb. Təbii ki, bunun baş verəcəyi gözlənilmirdi də. Bu görüşlərdən Ermənistan imitasiya kimi istifadə edir. Ermənistan hər vəchlə çalışır ki, real danışıqlar prosesindən çəkinsin. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri vasitəçilik missiyasını həyata keçirir, amma onlar vasitəçilik missiyası adı altında öz maraqlarını güdürlər”.

 

Həmsöhbətimiz bildirdi ki, Nyu-York təmasları ərəfəsində cəbhədə atəşkəsin pozulması, bir əsgərimizin şəhid olması həmin görüşün fiaskoya uğramasına hesablanmış hərəkət olub: "Güman edilirdi ki, Nyu-Yorkda humanitar məsələlər də müzakirə oluna və bu istiqamətdə hər hansı bir razılıq əldə oluna bilər. Hətta əsirlərin mübadiləsinin həyata keçiriləcəyindən də danışılırdı. Ancaq Nyu-York danışıqları ərəfəsində əsgərimizin şəhid olması ilə nəticələnən insidentin baş verməsi müəyyən mərhələdə sözügedən məsələ ətrafında ilkin razılaşmanın da üstündın xətt çəkmiş oldu. Ermənistan xarici işlər naziri növbəti belə görüşdə liderlər arasında görüşün razılaşdırıla biləcəyini də bildirib. Amma yaranmış vəziyyət onu göstərir ki, xarici işlər nazirləri arasında keçiriləcək növbəti görüşlər də uğursuz olacaq. Azərbaycan ancaq cəbhə xəttində işğalçıya qarşı hərbi müstəvidə təzyiqləri gücləndirməklə danışıqlarda irəliləyişin əldə olunmasına nail ola bilər. Ona görə bundan sonra Ermənistana hər hansı bir vaxt vermək də lazım deyil”.

 

Elçin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man