Təyyarədə sərxoş olub sərnişinləri təhqir etdilər - VİDEO

Nəqliyyat TV 17 Yanvar 2020 | 19:35
OXUNUB: 1198

Rusiyanın Nijne Novqorod aeroportunda təyyarənin salonunda dava salan iki sərnişin saxlanılıb. Avtosfer.az xəbər verir ki, insident Taylandın Phuket adasından Nijne Novqorod şəhərinə uçan təyyarədə baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

İrina Volkun bildirdiyinə görə, salonda iki kişi stüardessanın xəbərdarlığına məhəl qoymayaraq spirtli içki qəbul ediblər. Daha sonra onlardan biri digər sərnişinlərlə mübahisə etməyə başlayıb və onları təhqir edib. Ardınca kapitan bir neçə dəfə təcili enişlə bağlı elan verib. Bort baxıcıları sərxoş şəxsləri çətinliklə sakitləşdiriblər.

Təyyarə aeroporta eniş etdikdən sonra isə hər iki şəxs polis tərəfindən bölməyə aparılıb. Onların barəsində inzibati protokol tərtib edilib.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man