Bakıda Səudiyyə Ərəbistanı səfirliyinin avtomobili azyaşlı bacıları vuraraq qaçıb

Yol qəzaları 17 Yanvar 2020 | 18:40
OXUNUB: 762

Məktəbə tələsən iki azyaşlı bacı Bakının Tbilisi prospektində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, hadisənin yanvarın 13-də saat 07:50 radələrində baş verməsi barədə məlumat Oxu.Az-a hüquq-mühafizə orqanlarından daxil olub.

Yolu keçən 13 yaşlı Mahmudlu Nuray İsrafil qızı və 9 yaşlı bacısı Xədicəni avtomobil vurub. Nəqliyyat vasitəsinin sürücüsü uşaqlara kömək etmədən hadisə yerindən qaçıb.

Hadisənin şahidləri dərhal bacıları 1 nömrəli Kliniki Tibbi Mərkəzə aparıblar. İndi onların həyatı təhlükə altında deyil.

İstintaq zamanı uşaqları vuraraq hadisə yerindən qaçan “Mersedes” markalı avtomobilin Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinə aid olduğu məlum olub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vaqif Əsədov Oxu.Az-a bildirib ki, qanunu pozanlara qarşı diplomatik toxunulmazlıq nəzərə alınaraq, qanun çərçivəsində tədbirlər görüləcək.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man