Qubada yol polisi bu cür xidmət aparır - FOTO

İctimai nəqliyyat 17 Yanvar 2020 | 17:25
OXUNUB: 3016

Hər fəslin öz gözəlliyi olsa da, qış fəslinin gözəlliyi tamam bir başqadır. Fəsil boyu qar yağdıqca təbiət ağ libasına bürünür, dağlar-daşlar öz gözəlliyi ilə göz qamaşdırır. Qarın yağması ilə bu Qubaya istirahətə gələn qonaqların sayı gözə çarpacaq qədər artır. Turistlərin sayının artması, eləcə də rayon ərazisində hərəkətin intensiv olması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir. Avtosfer.az xəbər verir ki, Quba RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. İnspektorlar tərəfindən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparılır, müvafiq sənədlər yoxlanılır. Bundan əlavə YPX-nin əməkdaşları qonaqların istirahət edəcəkləri ərazi üzrə yollarda olan vəziyyət haqqında onlara məlumat verirlər.
RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində gücləndirilmiş iş rejimində çalışırlar. Onlar təhkim olunmuş xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.
Polis əməkdaşları tərəfindən ictimai sabitliyin və təhlükəsizliyin təmin olunmasında göstərilən xidmət istər yerli sakinlər, istərsə də gələn qonaqlar tərəfindən yüksək qiymətləndirilir və Qubaya gələn hər bir şəxs havanın soyuq və qarlı olmasına baxmayaraq xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polislərinə öz minnətdarlıqlarını bildirirlər.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man