Adıqeya Respublikasında 20 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 17-də səhərə saatlarında M-4 “Don” Federal avtomagistralında qeydə alınıb.
Məlumata görə, havanın qatı duman və yolun buzlu olması səbəbindən 20 avtomobil biri-birinə çırpılıb. Nəticədə 1 nəfər vəfat edib, daha 4-ü isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşınları ilə ətrafda yerləşən xəstəxanalara çatdırılıblar.
Qəza baş verən əraziyə Yol Patrul Xidmətinin, xilasetmə briqadalarının əməkdaşları cəlb edilib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man