Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara yolunda, Bayraq meydanının yaxınlığında qeydə alınıb.
Belə ki, Salyan şəhər Tale Davudzadə küçəsində yaşayan, 1955-ci il təvəllüdlü Əsədov Qədmşah Əsəd oğlu velosipedlə hərəkətdə olarkən onu minik avtomobili vurub.
Qapalı kəllə-beyin travması alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man