Almaniyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 16-da günorta saatlarında Brandenburq federal torpaqlarında qeydə alınıb. Bu barədə “Tagesspiegel” qəzeti məlumat verib.
Məlumata görə, hava gəmisi naməlum səbəblərdən Ştrausberq şəhərində yerləşən aerodroma enişə keçərkən yerə düşüb və tamamilə yanıb. İnsident zamanı xəsarət alan olmayıb.
Alovlar yanğınsöndürmə briqadaları tərəfindən söndürülüb.
Əraziyə xilasetmə vertolyotu da cəlb edilib.
Müvafiq qurumlar tərəfindən qəzanın baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man