Rusiyanın Moskva şəhərində metro stansiyasında relslərin üzərində şəkil çəkdirən şəxsin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 8-də “Boroviçkaya” metro stansiyasında qeydə alınıb.
Kadrlarda, 23 yaşlı sərnişin platformanın kənarına yaxınlaşdığı, ardınca da relslərin arasındakı boşluğa atladığı və əlində fotoaparat olan dostunun qarşısında poza verdiyi görülür.
Bir neçə şəkil çəkdirdikdən sonra, hər iki şəxs yaxınlaşan qatarın maşinistinə işarələr verməyə başlayıblar. Xoşbəxtlikdən maşinist qatarı gənc oğlana bir neçə metr qalmış saxlaya bilib.
Qaydanı pozan sərxoş sərnişin metropoliten polisi tərəfindən dərhal oradan uzaqlaşdırılaraq hakim qarşısına çıxarılıb və o, məhkəmənin qərarı ilə “5 sutka” həbs cəzası alıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man