“Hyundai” beton dirəyə çırpılıb ikiyə qatlandı – ANBAAN VİDEO

Nəqliyyat TV 15 Yanvar 2020 | 12:40
OXUNUB: 1261

Buryatiya Respublikasının Ulan-Ude şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident yanvarın 15-də səhər saatlarında Sayan rayonunda qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə idarə olunan “Hyundai Solaris” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq iki tramvay yolunun ortasındakı beton dirəyə çırpılıb. Zərbənin şiddətindən “Hyundai” deformasiyaya uğrayıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Qəzadan sonra tramvayların hərəkətində müvəqqəti fasilələr yaranıb.

Yaralılar, hadisə yerinə çağırılan “təcili tibbi yardım” maşınları ilə xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man