“Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?” - Ehsan Zahidov

İctimai nəqliyyat 13 Yanvar 2020 | 16:50
OXUNUB: 1964

“Bu məlumatlar doğru deyil. Əgər doğrudursa, küçələrdə xidmət aparan yol polisləri kimlərdir?”. Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov nazir, general-polkovnik Vilayət Eyvazovun Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin şəxsi heyətinin sərəncama göndərilməsi barədə əmr verməsilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

E.Zahidov eyni zamanda şöbə rəisi Vaqif Əsədovun vəzifədən çıxarılmasını da təkzib edib: “Kim yazır bu məlumatları?! Bir neçə gün əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Digər yazılanlar barədə məndə əlavə məlumat yoxdur”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man