Abşeronda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, yanvarın 11-də saat 19 radələrində Abşeron rayonunun Digah qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ağababayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakini Murad Rüstəmovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada yanvarın 12-də saat 22 radələrində orada ölüb.
Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man