Bakıda 32 yaşlı şəxs yol kənarında huşsuz vəziyyətdə tapılıb.
Avtosfer.az “Report”-a istinad'n xəbər verir ki, hadisə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən H.B Zərdabi küçəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakinləri 1988-ci il təvəllüdlü Fətullayev Mahir Fətullah oğlunu yolun kənarında huşsuz vəziyyətdə aşkar etdikdən sonra təcili tibbi yardıma zəng ediblər.
Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Həkimlərin müayinəsi zamanı ona, sol qulağının kəsilmiş yarası və baş-beyin silkələnməsi diaqnozu qoyulub.
Xəstəxanadan faktla bağlı polisə məlumat verilib.
Qeyd edək ki, Fətullayev Mahir Fətullah oğlu daş karxanalarının birində fəhlə işləyir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man