Bakı-Qazax magistralının Qaradağ rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, Sadiq Süleymanov idarə etdiyi “Nissan” markalı avtomobillə Lökbatan qəsəbəsi ərazisində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.
İlkin məlumata görə, o, qarşısında hərəkətdə olan yük maşınını sağdan ötmək istəyib. Bu zaman sürücü idarəetməni itirərək arakəsmənin dəmirlərinə çırpılıb.
Hadisə nəticəsində S.Süleymanov xəsarət alıb. Avtomobil isə deformasiyaya uğrayıb. Əraziyə Qaradağ Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub, avtoekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man