Ağır yol qəzası: motosiklet marşrut avtobusunun altında qalaraq sürükləndi - VİDEO

Nəqliyyat TV 10 Yanvar 2020 | 14:25
OXUNUB: 1335

Türkiyənin İstanbul şəhərində qəza törədən motosiklet sərnişin avtobusunun altında qalıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Ümraniye rayonunun Almalı istiqamətində qeydə alınıb.

Məlumata görə, Ankara istiqamətinə hərəkət edən motosiklet, təhlükəsizlik zolağında park edilmiş mikroavtobusa çırpılıb. Zərbənin şiddətindən idarəetmədən çıxan motosiklet sağ zolaqda hərəkətdə olan marşrut avtobusunun qarşısına aşıb. Avtobus sürücüsünün əyləcə sıxmasına baxmayaraq motosiklet marşrutun altında qalaraq metrlərlə sürüklənib.

Nəticədə motosikletin sürücüsü ilə sərnişini hadisə yerində vəfat ediblər.

Polis faktla bağlı təhqiqatlara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man