Şəhərlərarası sərnişin avtobusu aşdı: 20 ölü, 23 yaralı

Yol qəzaları 09 Yanvar 2020 | 12:30
OXUNUB: 827

İranda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident yanvarın 9-da gecə saatlarında Mazandaran əyalətində qeydə alınıb.

Məlumata görə, şəhərlərarası Tehran–Kəlalə reysi ilə hərəkət edən sərnişin avtobusu Savadkuh şəhəri ərazisindən keçən avtomagistralda naməlum səbəblərdən idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə azı 20 nəfər dünyasını dəyişib, daha 23 nəfər isə xəsarət alıb.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla şəhərdə yerləşən xəstəxanalara çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man