Hacıqabulda yol polisi ilə birlikdə əməliyyat keçirildi – Narkotik aşkarlandı

İctimai nəqliyyat 08 Yanvar 2020 | 18:04
OXUNUB: 1476

Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Nuriyev,Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Kamal Xəlilov və Razi Cəfərov saxlanılıb. Avtosfer.az xəbər verir ki, daxil olmuş məlumat əsasında  keçirilən əməliyyat zamanı saxlanılan Razi Cəfərovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman ümumi çəkisi 325,6 qram olan qurudulmuş marixuana, Elçin Nuriyevin üzərindən ümumi çəkisi 21 qram və Kamal Xəlilovun üzərindən ümumi çəkisi 19 qram olan tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man