Qəzaya uğrayan təyyarədə iranlıların çox olmasının səbəbi məlum oldu

Yol qəzaları 08 Yanvar 2020 | 16:30
OXUNUB: 784

Tehranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737”nin göyərtəsində İran və Kanada vətəndaşlarının sayının çox olmasının səbəbi Avropaya biletlərin ucuzluğu ilə izah edilir: Reysdəki sərnişinlərin əksəriyyəti Kiyevdən digər Avropa ölkələrinə uçurmuş.

Bu barədə “Vesti” xəbər yayıb.

Beynəlxalq Ukrayna Hava Yollarının rəhbəri Yevqeni Dehne də Tehran-Kiyev aviareysinin demək olar ki, bütün sərnişinlərinin tranzit olduğunu təsdiqləyib.

Ölən sərnişinlər arasında iki Ukrayna vətəndaşı olub. Doqquz nəfərlik heyət də ukraynalı idi. Qəzaya uğrayan təyyarənin göyərtəsində azərbaycanlılar olmayıb.

Sərnişinlər arasında, həmçinin, 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, dörd Əfqanıstan, üç Almaniya və üç Böyük Britaniya vətəndaşı olub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man