Bakıda qayda pozaraq özünə haqq qazandıran sürücünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, yanvarın 7-i paytaxtın Tbilisi prospektində sol zolaqla hərəkət edən 10-AA-089 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü zolağını dəyişən zaman sağ zolaqdakı avtomobilin hərəkətinə mane olub. Görüntünü qeydə alan sürücü ona irad bildirərkən o, düzünə hərəkət etdiyini qeyd edərək özünü haqlı sayıb.
Yollarda bu cür sürücülərə tez-tez rast gəlirik. Onlar zolaqda necə yerləşməli olduqlarını bilmirlər. Qəzalar da məhz belə sürücülərin qaydalara səhlənkar yanaşdığına görə baş verir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man