"Dərnəgül yolu"nda zəncirvari qəzalar niyə baş verir? - VİDEO

Nəqliyyat TV 07 Yanvar 2020 | 08:50
OXUNUB: 1492

Paytaxtın "Dərnəgül yolu" kimi tanınan Ziya Bünyadov prospektində demək olar ki, hər gün qəzalar baş verir. Əksər hallarda isə bu zəncirvari qəzalar şəklində olur. Nəticədə uzun tıxaclar yaranır. Bəs görəsən səbəb nədir? Bu cür enli və təmir olunmuş yolda zəncirvari qəzalar hansı hallarda baş verir. Avtosfer.az-ın araşdırmasına görə, qəzaların baş vermə nöqtələrinə nəzər saldıqda demək olar ki, əksər hallarda eyni yerlərdə olduğunu görürük. Bu isə daha çox görüntü məhdudiyyəti olan nöqtələrdir.

Çünki yolun bəzi hissələrində dalğavari, bəzi yerlərdə isə eniş və yoxuş var. Sürət həddi isə tunellər istisna olmaqla 90 km saatdır. Sürücü bu sürətlə hərəkət edir və qarşıdakı hər hansı səbəbdən avtomobillərin dayanmasını gec görür. Nəticədə isə zəncirvari qəzalar baş verir. Təklif edirik ki, həmin ərazilər bir daha müayinə olunsun və sürət həddi də uyğun olaraq seçilsin.

Sürücülərin buna əməl etməsini təmin etmək üçün isə əlavə radarların qoyulması da məqsədəuyğundur. Həmin ərazilərdən birində baş vermiş qəzanın görüntülərini təqdim edirik:

 

Orxan

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man