Yağışlı havada sürət həddinə və manevr qaydalarına əməl etməyən sürücü qəzaya səbəb olub.
Avtosfer.az Oxu.Az -a istinadən xəbər verir ki, hadisə Bakıda qeydə alınıb.
“Mercedes” markalı avtomobil qarşıda gedən eyni markalı maşını sağdan ötərkən sürücü idarəetməni itirib və sürüşərək qarşı yola çıxıb. Bu zaman “Mercedes” həmin yolla hərəkət edən “Nexia” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man