Ekvadorun Esmeraldas əyalətində reys avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 5-də Çinko rayonunda qeydə alınıb.
Bu barədə yerli xilasetmə xidməti “Twitter” hesabından məlumat yayıb.
Məlumata görə, paytaxt Kitodan eyni adlı inzibati mərkəzə gedən sərnişin avtobusu 40 metrlik hündürlükdən uçuruma yuvarlanıb.
Nəticədə 5 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.
Hadisə yerinə polis, səhiyyə və xilasetmə briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıblar.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man