Rusiyanın Çelyabinsk əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 5-də səhər saatlarında “M5 Ural” avtomagistralının 1580-ci kilometrliyinin Sim şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Volkswagen Jetta” markalı minik avtomobili yolun əks zolağına çıxaraq qarşıdan gələn “Mitsubishi Pajero” ilə toqquşub.
Nəticədə “Volkswagen”dəki 1987 - 2008-ci il təvəllüdlü qadın və uşaq hadisə yerində vəfat ediblər, daha bir nəfər 2007-ci il təvəllüdlü uşaq reanimasiya şöbəsinə yerləşdirilib. “Mitsubishi”də olan 1982-ci il təvəllüdlü kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man