Təcili yardım avtomobili qatarla toqquşdu, 3 nəfər xəsarət aldı - FOTO

Yol qəzaları 05 Yanvar 2020 | 09:00
OXUNUB: 645

Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı tibb işçiləri xəsarət alıb.

Oxu.Az xəbər verir ki, qəza Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Xəzər rayonunun 10 saylı Təcili Yardım Stansiyasına məxsus xidməti avtomobil qorunmayan dəmiryol keçidindən keçmək istəyib. Bu zaman yük qatarı təcili tibbi yardım avtomobilini vurub.

Nəticədə briqadanın üzvləri - 1984-cü il təvəllüdlü həkim Süleymanova Zərifə Şahin qızı, 1972-ci il təvəllüdlü tibb işçisi Nəsibov Bayram Kamal oğlu və 1957-ci il təvəllüdlü sürücü Kərimov Mais Mustafa oğlu ağır xəsarət alıb.

Yaralılar dərhal 3 saylı şəhər xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Sürücü M.Kərimov ayağından ağır xəsarət aldığından onun ayağı amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man