Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xətai rayonu “Ukrayna dairəsi” yaxınlığında qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1982-ci il təvəllüdlü Səlimova Samirə Məzahir qızı və 11 yaşlı Nuriyeva Səbinə Vüqar qızı xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Səlimovaya qapalı kəllə-beyin travması, döş qəfəsinin, S.Nuriyevaya isə üzün sağ tərəfinin əziyi diaqnozları qoyulub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man