Hindistanda özəl aviaşirkətə məxsus “Cessna 172” tipli təlim təyyarəsi qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 3-də axşam saatlarında Madxya-Paradeş ştatının Saqar rayonu ərazisində qeydə alınıb. Bu barədə ANI agentliyi məlumat yayıb.
Məlumata görə, Dhana aeroportuna enmək istəyən təlim təyyarəsi havanın dumanlı və qaranlıq olması səbəbindən səhvən əkin sahəsinə düşüb.
Nəticədə göyərtədə olan təlimatçı və təcrübə keçən pilot hadisə yerində vəfat edib.
Ştatın baş naziri Kamal Nath şəxsi “Tvitter” hesabından ölənlərin ailəsinə baş sağlığı verib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man