Ukraynanın Lvov əyalətində sürət həddini aşdığına görə cərimələnən sürücü bir müddət sonra qəza törədib. Avtosfer.az xəbər verir ki, insident Kiyev – Çop avtomagistralında qeydə alınıb. Bu barədə əyalət üzrə Yol Patrul Xidmətinin (YPX) “Facebook” səhifəsində məlumat verilib.
Məlumata görə, 43 yaşlı sürücü idarə etdiyi “BMW 730 LD” markalı minik avtomobillə, yol qovşağında ötmə əməliyyatını yerinə yetirən zaman, əvvəlcə “BMW” markalı maşını arxadan vurub, bundan sonra idarəetməni itirərək yoldan çıxıb və kərpic hasara çırpılıb.
Nəticədə qayda pozan sürücü və onun 16 yaşlı qız sərnişini xəsarətlər alaraq, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb.
Bundan əlavə qeyd edilir ki, “BMW 730 LD” markalı avtomobilin sürücüsü qəzadan 5 dəqiqə əvvəl Solonka yaşayış məntəqəsi ərazisində sürət həddini aşdığına görə YPX əməkdaşları tərəfindən cərimə olunub.
Hazırda faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man