Futbolçu yol qəzasında dünyasını dəyişib

Yol qəzaları 04 Yanvar 2020 | 11:00
OXUNUB: 588

Fransanın ikinci divizionunda iştirak edən “Qenqam” futbol klubunun hücumçusu Natael Julan avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə klubun “Tvitter” hesabında məlumat yer alıb.

Məlumata görə, 23 yaşlı futbolçu idarə etdiyi avtomobillə, hərəkətdə olan zaman naməlum səbəblərdən idarəetməni itirərək yoldan çıxıb.

Bildirilir ki, qəza futbolçunun məşqdən evə qayıdan zaman baş verib. Onun komanda yoldaşlarından biri hadisənin şahidi olub. Klub rəhbərliyi Natael Julanın yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Julan “Qenqam” futbol klubunda 2018-ci ilin yanvar ayından çıxış edir. Bu mövsümdə futbolçu iki oyun keçirib (biri çempionatda və biri isə Fransa liqa kubokunda).

Julanın ilk klubu “Qavr” olub.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man