"Honda" pilotsuz avtomobillərin satışına başlayacaq

Nəqliyyat xəbərləri 04 Yanvar 2020 | 10:45
OXUNUB: 811

"Honda" avtomobil konserni üçüncü səviyyəli avtomatlaşdırma ilə pilotsuz avtomobillərin satışına başlayacaq ilk yapon istehsalçısı olacaq.

Avtosfer.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib.

Agentliyin şirkətdəki mənbəyinin məlumatına görə, üçüncü səviyyəli adlandırılan pilotsuz texnologiyalı avtomobillərin satışına artıq bu il start veriləcək. Üçüncü səviyyə avtomobilin daxilindəki sürücüyə yoldan yayınmaq, oxumaq və televiziyaya baxmaq kimi işlərlə məşğul olmağa imkanı yaradacaq.

Yeni “Honda” avtomobili eyni zamanda avtopilot rejimində yalnız aşağı sürətlə və ya tıxaclar zamanı yollarda hərəkətdə ola biləcək. “Kyodo” qeyd edir ki, artıq “Audi” şirkəti Yaponiyada üçüncü səviyyəli pilotsuz texnologiyalarla avtomobillər satır.

“Honda”nın sınaqlarının ilin ortalarında başa çatacağı gözlənilir. Şirkət yeni məhsulunu bu ilin iyulunda təqdim edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man