Bakıda qayda pozan sürücü digər sürücüyə təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, yanvarın 2-i paytaxtın Atatürk prospektində LG 255 tranzit qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq yaşıl işıqda hərəkət edən digər sürücüyə qəza vəziyyəti yaradıb.
Bu cür kobud qayda pozan sürücülərə irad bildirən zaman "nə olub, ölüm-itim olmadı ki"- deyərək özlərinə haqq qazandırırlar. Lakin düşünmürlər ki, yollarda günahsız insanların ölümünə, qaydaları pozan sürücülərin törətdikləri qəzalar səbəb olur.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man