Şəxsi avtomobilini operativ nəqliyyat vasitəsi kimi təhciz edən sürücünün videogörüntüsü oxucu tərəfindən redaksiyamızın elektron ünvanına göndərilib.
Avtosfer.az xəbər verir ki, 90-PZ-832 qeydiyyat nişanlı avtomobilin sürücüsü yanvarın 3-ü Masazır qəsəbəsi Əliağa Vahid küçəsində sayrışan işıq və xüsusi səs siqnallarını qoşaraq hərəkət edib.
Operativ nəqliyyat vasitələrinə aid xüsusi səs və sayrışan işıq siqnallarını digər avtomobillərə quraşdırılması birmənalı olaraq qadağandır.
İnzibati Xətalar Məcəlləsinin 342.9-cu.maddəsində qeyd olunub ki, Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man