Myanmada minik maşınının və sərnişin avtobusunun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 3-də səhər saatlarında Kain ştatında yerləşən Myavadi - Kavkareyk avtomagistrlaında qeydə alınıb. Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, toqquşmanın şiddətindən avtobus uçuruma aşıb. Nəticədə 22 nəfər ölüb, daha 10 nəfər isə xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanalara çatdırılıblar.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man