Kambocanın cənubunda mikroavtobusun və yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 1-də axşam saatlarında Kamponq-Spe əyalətinin Konq-Pisey rayonu ərazisində qeydə alınıb. Bu barədə “Khmer Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, sürücü yüksək sürətlə idarə etdiyi mikroavtobusla ötmə əməliyyatını yerinə yetirən zaman qarşıdan gələn yük maşını ilə toqquşub.
Nəticədə 8 nəfər ölüb, daha 9 nəfər isə ciddi xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man