Türkiyənin Elazığ vilayətində şəxs ikinci mərtəbədən avtomobilin üzərinə yıxılıb. Avtosfer.az xəbər verir ki, insident Yeni məhəllə, Beyazıt küçəsində baş verib.
Məlumata görə, bir fotoqrafçının reklam lövhəsini asmaq üçün yataqxananın binasına çıxan Əhməd E. (35), ikinci mərtəbədən müvazinətini itirərək taksinin üzərinə çırpılıb.
Ətrafda olan vətəndaşlar dərhal Əhmədin köməyinə gəliblər. Yaralı, hadisə yerinə çağırılan ambulansla şəhər xəstəxanasına çatdırılıb.
İnsidentin görüntüləri isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man