Kolumbiyada yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident dekabrın 30-da səhər saatlarında mərkəzi Santander departamentində qeydə alınıb. Bu barədə “El Tiempo” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Aerogalan” aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir müddət sonra yüksəkliyi itirib və təpəyə çırpılıb. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
Bildirilir ki, hava gəmisi Bukaramanqidən Simitarruya uçurmuş.
Müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man