Türkiyənin Çankırı vilayətində avtobusun və TIR-ın iştirakı ilə ağır yolə qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident dekabrın 30-da səhər saatlarında İlgaz rayonu ərazisində qeydə alınıb.
Məlumata görə, Tbilisi – İstanbul reysi ilə hərəkət edən M.B.-nin (51) idarə etdiyi 61 S 1418 qeydiyyat nömrə nişanlı avtobus, idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan K.A.-nın idarə etdiyi 33 VFR 84 qeydiyyat nişanlı TIR-a arxadan çırpılıb.
Nəticədə avtobusun salonunda 22-si xarici vətəndaş olmaqla 31 nəfər xəsarət alıb.
Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla Çankırı və Ilqazda yerləşən xəstəxanalara çatdırılıblar. Müalicə üçün palataya yerləşdirilən yaralılardan 4-ün vəziyyətinin ağır olduğu bildirilib.
Son məlumatlara görə, ağır yaralılardan Köksal Turan (25), həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Polis faktla bağlı təhqiqatlara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man