Türkiyənin İzmir vilayətində avtomobildən çanta oğurlayan şəxsin görüntüləri təhlükəsizlik kamerasına düşüb. İnsident Bornova rayonunun Meriç məhəlləsində qeydə alınıb.
Məlumata görə, bank filialından çıxan A.H.T., yolun digər hissəsinə keçərək əlindəki çantanı avtomobilinə qoyub. Avtomobilinə əyləşdiyi zaman, naməlum şəxs maşındakı çantanı götürərək gəldiyi nəqliyyat vasitəsinə minərək qaçıb. Bundan sonra şübhəlinin yaxalamaq üçün avtomobilindən enən A.H.T., onun arxası ilə qaçıb. Ancaq ona çata bilməyəcəyini anlayan zərərçəkən dərhal polisə məlumat verib.
Hadisə yerinə gələrək təhlükəsizlik kameralarını araşdıran polis, cinayətkarların yaxalanması istiqamətində təbirlərə başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man