Ermənistanda hərbçilərin olduğu avtomobillər toqquşdu: 7 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 28 Dekabr 2019 | 08:45
OXUNUB: 683

Ermənistanını Şirak əyalətində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, hadisə Gümrü şəhərində qeydə alınıb.

Məlumata görə, 37 yaşlı Serqey Petrosyanın idarə etdiyi 71 PT 701 qeydiyyat nömrə nişanlı “Nissan” markalı minik avtomobillə, 62 yaşlı Anait Mirzoyanın idarə etdiyi 34 QD 625 qeydiyyat nömrə nişanlı “Opel” markalı minik maşını toqquşub.

Nəticədə “Nissan”da 2 nəfər “Opel”də isə 5 nəfər olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb, onlardan 3-ü yeniyetmədir.

Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, hər iki nəqliyyat vasitəsinin sürücüləri hərbçilərdir.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man