Marşrutun arxa qapısından yıxılan qadının – VİDEOsu

Nəqliyyat TV 27 Dekabr 2019 | 19:00
OXUNUB: 1050

Türkiyənin Karabük vilayətində 2 gün əvvəl hərəkətdə olan sərnişin avtobusunun qapısından yıxılaraq ağır yaralanan qadın müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 24-də Yüz il məhəlləsində qeydə alınıb. Məlumata görə, Fərhad A.-nın idarə etdiyi 78 DA 958 qeydiyyat nömrəli marşrut avtobusunda sərnişin qismində olan Satiyə Yılmaz, avtobusun döngədə döndüyü zaman arxa qapının açılması nəticəsində əlində bazarlıq sellofanlarla yerə yıxılıb. Ağır xəsarətlər alan Satiyə Yılmaz, hadisə yerinə çağırılan ambulansla dərhal xəstəxanaya çatdırılaraq müalicə olunması üçün palataya yerləşdirilib.

Hadisə yerində polis əməkdaşlarının ilkin araşdırmalarında, avtobusun arxa qapısının çürüməsi nəticəsində qapını tutan oxun qopduğu, məntəşədən ayrılaraq yerindən çıxdığı və bu səbəblə də qapının açıldığı müəyyən olunub.

Bundan sonra avtobus geniş araşdırılması üçün avtodayanacağa aparılıb. Sürücü və marşrut xəttinin sahibləri hüquq müdafiəçiləri tərəfindən saxlanılıb.

Xəstəxanada müalicəsi davam etdirilən 3 uşaq anası Satiyə Yılmaz, dekabrın 26-da axşam saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Satiyə Yılmazın ölümü ilə bağlı həbs edilən avtobus sürücüsü F.A. ilə marşrut xəttinin sahibləri O.D. və C.A., hakim qarşısına çıxarılaraq sınaq tədbiri ilə sərbəst buraxılıblar.

İstintaq davam edir.

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man