Rusiyanın Altay əyalətində yük maşınının və minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Zarinsk-Smaznevo-Qoluxa avtomagistralında qeydə alınıb. Məlumata görə, “Nissan Primera” markalı minik avtomobili, yolun əks zolağına çıxaraq hərəkətdə olan “Ural” markalı yük maşını ilə toqquşub. Zərbənin şiddətindən hər iki nəqliyyat vasitəsi yol kənarına aşıb. Nəticədə deformasiyaya uğrayan “Nissan”ın sürücüsü və 3 sərnişini hadisə yerində vəfat edib.
Polis hadisənin baş vermə səbəblərini araşdırır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man