"Mercedes"inin “airbak”ı ikinci dəfə oğurlanan sürücü “ŞOK” oldu - VİDEO

Nəqliyyat TV 26 Dekabr 2019 | 15:25
OXUNUB: 2294

İstanbulda lüks avtomobilin hava yastığını oğurlayan qarətçilərin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən gün Əsənyurd rayonunda qeydə alınıb.

Kadrlarda, avtomobillərin park edildiyi əraziyə bir maşının yaxınlaşdığı və dayanacaqda boş bir yerə park edildiyi görülür. Avtomobildən düşən şübhəli ətrafa göz gəzdirir, sonra da park edilmiş ağ avtomobilə yaxınlaşır. Maşının yan şüşəsini sakitcə qıraraq hava yastığını çıxarır və geri qayıdaraq öz avtomobilinə minib ərazidən uzaqlaşır.

Səhər saatlarında qarət olunan "Mercedes" markalı avtomobilin sahibi Səlçuk Əfəndioğlu, avtomobilinin şüşəsinin qırıq olduğunu və “airbak”ının da olmadığını görərək polisə müraciət edib.

Deyilən ünvana gələn asayiş keşikçiləri nəqliyyat vasitəsinə baxış keçirib və maşının üzərində olan barmaq izlərini götürüb.

S.Əfəndioğlu, bir neçə ay əvvəl də analoji hadisəni yaşadığını bildirib. O, şikayətçi olacağını söyləyərək dəyən ziyanın 2,500 – 3000 (720-860 AZN) lirə olduğunu deyib.

Faktla bağlı təhqiqatlara başlanılıb, şübhəlilərin tapılıb yaxalanması üçün əməliyyat-axtarış təbirləri görülür.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man